!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gənci bütün fəaliyyətini dövlətinə xidmət etməkdə görməlidir

!Reklam – Yazi

12674551_961232957294269_2147353115_nBiz prezidentimizi ölkəmizin inkişafındakı xidmətlərini daima millət, daima xidmət kimi qiymətləndirdiyimiz üçün dəstəkləyirik.

Hamımızın doğma vətəni olan Azərbaycan cənab Prezidentin rəhbərliyi sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülmüş işlər hər bir gənc üçün qürur mənbəyidir. Ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi sayəsində qurulmuş müstəqil Azərbaycan Respublikası bu gün daha da inkişaf edir, insan hüquq və azadlıqlarının təmin olunduğu demokratik yolla irəliləyir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin fəallaşmasında çox mühüm rol oynamışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaranmışdır. 1996-cı il fevralın 2-də respublika gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci ildə Gənclər gününün təsis edilməsi, 1999-cu ildə Gənclərin II forumunun keçirilməsi “Dövlət Gənclər Siyasəti” haqqında fərmanın imzalanması, “Gənclər Siyasəti” haqqında Qanunun qəbul edilməsi və s. göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoymuşdur.

Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlhgam Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005 – 2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramını təsdiq edilməsi, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması, Prezident yanında Gənclər Fondunun yaradılması, bölgələrdə müsir standartlara cavab verən Gənclər Mərkəzlərinin fəaliyyətə başlaması, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzalanmış fərman və sərəncamlar Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.

Biz gənclər cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin bu 11 ili ərzində gördüyü işləri yüksək qiymətləndiririk. Bu 11 il ərzində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə bir çox dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir.

Müstəqil Azərbaycanın cənab Prezidentimizin rəhbərliyi altında hazıkı yüksəlişində Heydər Əliyev Fondunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Fondun xətti ilə respublikamızın şəhər və rayonlarında yüzlərlə yeni infrastruktur obyektləri tikilərək vətəndaşlarımızın istifadəsinə verilmişdir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın milli mədəniyyət nümünələrinin YUNESKO-nun qorunması proqramlarına daxil edilməsində fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır.

Biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin möhtərəm prezidentimizin qətiyyəti və zəkasının gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, soydaşlarımızın öz doğma yurdlarına qayıdacağına inanırıq. Cənab Prezidentimiz öz çıxışlarının birində bildirirmişdir ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq daxili və ictimai sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında hər an gənclərin himayəçisi olan möhtərəm Prezidentimizlə həmrəy olmağı özümüzün başlıca məqsədi elan edərək, onun daxili və xarici siyasətini fəal dəstəkləyəçək, bu siyasətə qarşı çıxanlara öz sağlam mövqeyimizi bildirməkdən çəkinməyəçəyik.

İctimai fəal Gülnar Əmiraslanova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, ictimai fəal

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv