!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Gənclər Fondunda mətbuatla görüş keçirilib

!Reklam – Yazi

2e9880b91d8ecca9d08eeba678ea0e1aBu gün Azərbaycan Gənclər Fondunda mətbuatla görüş keçirilib.

Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlcə qurumun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, fond 4 ildir, fəaliyyət göstərir və indiyə qədər 7 qrant müsabiqəsi keçirilib.

Ölkə əhalisinin 31 faizini gənclərin təşkil etdiyini deyən F. Hacıyev bildirib ki, qurumun fəaliyyətində əsas məqsəd gənclərə elm, təhsil, sosial sahədə dəstək göstərilməsidir: “Məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətində gənclər təşkilatının rolunun gücləndirilməsidir. Hazırda Azərbaycanda 310 gənclər təşkilatı var”.

F. Hacıyev deyib ki, indiyə qədər 5080 layihə ilə müraciət olunub, onlardan 2330 dəstəklənib, 13 500 000 qədər vəsait xərclənib: “1600 yaxın gənc işlə təmin edilib”.

O, fondun 8-ci müsabiqəsini elan etdiyini xatırladıb: “Fondun fəaliyyəti şəffafdır. Bütün məlumatlarımızı saytda yerləşdiririk. Bu müsabiqədə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə ilə bağlı mövzu da var. Çünki gənclərin radikal qruplara qoşulmasının qarşısını almaq üçün Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır”.

F. Hacıyev deyib ki, son vaxtlar neftin qiymətinin düşməsi, manatla bağlı baş verənlər fondun fəaliyyətində problem yaratmayacaq: “Elan etdiyimiz qrantlar qüvvəsində qalır. Hətta onu da deyim ki, bizim büdcəmiz ötən ilkindən bir qədər artıqdır. 2016-cı il büdcəmiz üçün 4 778 000 manat təşkil edir ki, bu, 2014-cü ilin büdcəsindən 250 374 manat çoxdur”.

Görüş müzakirələrlə davam etdirilib.

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv