!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gəncləri həmrəylik gününü qeyd etdi – Moskvada

!Reklam – Yazi

12434131_520591234776164_749416516_nDünyanın mədəniyyət mərkəzlərindən sayılan Rusiya federasiyasının paytaxtı Moskvad Şəhərində Fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları xalqımızın həmrəylik günü və yeni il bayramını qeyd etdi.

Umumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondu, Azərbaycan slavyan gənclər assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil olunan Həmrəylik bayramı möhtəşəmliyi ilə yadda qaldı.

Tədbiri acan Umumrusiya Azərbaycanlıları Kongresinin Moskva üzrə icraci direktoru, Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun sədri Şəmil Tağıyev qonaqların bayramını təbrik etdi, yeni ildə hər kəsə uğurlar arzuladı.

Ümumrusiya Azərbaycan Konqresinin icraci direktoru İlqar Haciyev isə Həmrəylik bayramın Azərbaycan xalqı üçün kəsb etdiyi əhəmiyyətə toxundu. Azərbaycan xalqının tarixində bu bayramın önəmini qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya Nümayəndəliyinin sədri Toğrul Allahverdiyev, Ümumrusiya Azərbaycan Kongresinin icraci direktorunun gənclər üzrə müavini Cavid İbrahimov Həmrəylik gügü bayramının özəlliyini qeyd etdilər. Gənclərə və tələbələrə qarşıdan gələn yeni ildə uğurlar arzulandı.

Tədbir gənclərin hazirladiği musiqili nömrələrlə davam etdirildi. Azərbaycan milli rəqsləri, musiqiləri tədbir iştirakçılarını feyziyab etdi.

Tədbirdə iştirak edən və ifası ilə həmyerlilərimizin qonağı olan tanınmış musiqici Bəxtinin çıxışı isə gurultulu alqışlara səbəb oldu.

Bayram şənliyi Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondu tərəfində təşkilatın həyatında yaxından iştiraetmiş diaspor nümayəndələrimiz və tələbələrə fəxri diplomların verilməsi ilə davam etdirildi.

Sonda bayram tortu kəsildi

www.yenicag.az

1206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv