Azərbaycan gimnastı Dünya Kuboku üçün Fransaya getdi

Gimnastikanın parkur növü üzrə Azərbaycan millisinin üzvü İsrafil Alıyev Fransanın Monpelye şəhərindəki Dünya Kubokunda iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, idmançı artıq sözügedən ölkəyə yollanıb.

Bu gün start götürən turnir mayın 21-də başa çatacaq.