!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gimnastikası Rusiyanın diqqət mərkəzində - Mehriban Əliyevadan önəmli jest

!Reklam – Yazi

Noyabrın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşılayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Onun rəhbərliyi altında Azərbaycan gimnastları dünyadan öz adlarından söz etdirə biliblər. Azərbaycan gimnastları 1-ci “European Gym for Life Challenge” yarışında da çıxış edərək, 37 komanda arasında ən yaxşılardan biri seçilmiş və qızıl medala layiq görülüblər. 2017-ci ilin yekunlarına əsasən Azərbaycan Gimnastika Federasiyasının aktiv fəaliyyəti FIG tərəfindən yüksək qiymətləndirilərək, “Mükafatlandırılan Federasiyalar”ın siyahısına daxil oldu və bu dəfə reytinq siyahısında ilk pillədə qərar tutub.

Ümumiyyətlə, Azərbaycanda idmanın bu sahəsinə Mehriban Əliyevanın xüsusi qayğısı hiss olunur. Belə ki, ölkədə yeni-yeni gimnastika zalları tikilir. Gimnastlarımız beynəlxalq yarışlarda yerlər tutur və Bakıda müxtəlif beynəlxalq turnerlər keçirilir.

Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşləri və səmimi söhbətləri deməyə əsas verir ki, Azərbaycanla Rusiya bu sahədə də bir-biriləri ilə əməkdaşlıq edəcəklər. Gimnastika sahəsində dünya liderlərindən olan Rusiyanın təcrübəsi heç şübhəsiz ki, Azərbaycanı daha da irəli aparacaq amil olacaq.

www.yenicag.az

1309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv