Azərbaycan gimnastları Dünya Kubokunda finala vəsiqə qazandılar

Belçikada akrobatika gimnastikası üzrə keçirilən Dünya Kuboku davam edir.

Yenicag.az bildirir ki,Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, təmsilçilərimiz uğurlu çıxış edirlər.
Yığmanın üzvləri – Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Baçiridən ibarət qadın qrupu finala vəsiqə əldə edib.

COP29