Azərbaycan gimnastları Portuqaliyada üç medal qazandılar – FOTO

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən “Scalabis Cup”da üç medal qazanıblar.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, Hüseyn Abbasov fərdi proqramda gümüş medala sahib çıxıb.

İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medal qazanıblar.