Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.
Qeyd edək ki, yarışa noyabrın 26-da yekun vurulacaq.