Azərbaycan güləşçisi dördqat dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında növbəti tarixi uğura imza atıb.

Yenicag.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə qalib gələn Əzizli karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.

COP29