Azərbaycan güləşçisi Macarıstanda gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində gümüş medal qazanıb.

Yenicag.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı topuğundan zədə aldığı üçün ABŞ-dən olan olimpiya və dünya çempionu Kayl Snayderlə final qarşılaşmasında iştirak etməyib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçiləri turnirdə iştirak edəcəklər.