“Azərbaycan-Gürcüstan dostluq münasibətləri çox yüksək səviyyədədir”

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan dövlətinə və xalqına böyük hörmətlə yanaşır”.

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və liderliyi sayəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə nail oldu”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycan səfirlyində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan tarixən dost və qardaş dövlətlər olub, hər zaman bir-birlərini dəstəkləyiblər: “Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan dövlətinə və xalqına böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan-Gürcüstan dostluq münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Arzu edirik ki, Gürcüstan da ərazi bütövlüyünü tez bir zamanda bərpa etsin və zəfər bayramları dost ölkədə də olsun”.