!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyuluşuna görə birinci yerdədir

!Reklam – Yazi

2016-cı ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,6 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu da 2015-ci illə müqayisədə 22 faiz çoxdur.

Yeniçağ.Az xəbər verir ki, Gürcüstan iqtisadiyyatına qoyulan xarici sərmayələrin 35 faizi və ya 578 milyon dolları Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici investorları sırasında birinci yerdədir.

Siyahıda ikinci yerdə Türkiyə (272 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniya (121 milyon dollar) dayanır.

Gürcüstan milli statistika xidmətindən bildiriblər ki, ötən il xarici sərmayələrin 645 milyon dolları nəqliyyat və rabitə, 203 milyon dolları energetika, 163 milyon dolları tikinti sahələrinə qoyulub. Qalan hissə isə istehsal sənayesi, daşınmaz əmlak, otel və restoranlara, səhiyyə, təhsil və digər sahələrə yönəldilib.

Yeniçağ.Az

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv