Azərbaycan-Gürcüstan sərhədində koronavirusla bağlı yoxlama gücləndirildi

“Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

Gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşının isə ölkəyə buraxılmadığı bildirilir./Apa/

COP29