Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Azərbaycan Gürcüstana icarəyə verdiyi torpaqları tələb etməlidir" - İlham İsmayıl

Reklam: Sinerji Pro

“1938-ci ildə, hələ Mingəçevir SES tikilməzdən əvvəl Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib. 80 ildən çox keçməsinə baxmayaraq, hələ icarəyə verilən 20 min hektardan çox ərazi geri qaytarılmayıb”.

Bu məlumatı Yenicag.az-a açıqlamasında keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Gürcüstanın Azərbaycandan torpaq tələbinə cavab olaraq deyib.

İlham İsmayıl Azərbaycanın Gürcüstana icarəyə torpaq verməsi faktını bu cür açıqlayıb:

“8 il keçmiş Xanlar rayonu ərazisində DTK-nın əks kəşfiyyat tədbirlərini həyata keçirən zabiti olmuşam. Yəni rayonun kuratoru idim. Xanlar rayonu indiki Samux rayonu ilə bir yerdəydi. Samux bölgəsi Gürcüstanla təxminən 66 kilometr məsafədə həmsərhəddi. Sərhəd bölgəsi haqqında keçmiş materiallarda göstərilirdi ki, 1938-ci ildə hələ Mingəçevir SES tikilməzdən əvvəl, Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib. 80 ildən çox keçməsinə baxmayaraq, hələ icarəyə verilən 20 min hektardan çox ərazi geri qaytarılmayıb və bu, xalqlar dostluğunun nümunəsi kimi qeyd edilib”.

Azərbaycan torpaqlarının Gürcüstana verilməsinin 20 min hektarla bitmədiyini deyən keçmiş təhlükəsizlik zabiti bildirib ki, Stalin zamanında böyük ərazilər Azərbaycandan alınaraq Gürcüstana verilib:

“Mənim oxuduğum təkcə Alazan çayının vadisindən 20 min hektardır. Bundan əlavə, Stalin zamanında Gürcüstana birdəfəlik verilən torpaqlarımız da var. Bildiyim qədər, Ağstafa ərazisindən də Gürcüstana icarəyə torpaq verilib. Ancaq o torpaqlar da geri qaytarılmayıb”.

İlham İsmayıl Gürcüstan hökumətinin torpaq tələbinə qarşı Azərbaycanın atacağı addımı da göstərib:

“Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbi irəli sürməsinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir. Bundan əlavə, Borçalıda muxtariyyət tələbi ilə millətçi qrupların çıxışlarını gündəmə gətirmək lazımdır. Belə dəstələr yoxdursa da, yaratmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

2898
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM