Azərbaycan hərbçiləri Türkiyədə birgə təlimlərə qatıldılar

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri qardaş ölkədə birgə təlim keçirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, təlimdə sualtı hücum və müdafiə bölmələri (Su Altı Taaruz, Su Altı Savunma) iştirak edirlər.

Aktürk manevrlərin sentyabrın 8-də başladığını qeyd edib və ayın 15-də başa çatacağını vurğulayıb.
O, həmçinin 18-30 sentyabr tarixləri arasında “Əbədi Qardaşlıq-I” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin təlimi – Pakistan) və “Qafqaz Qartalı” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin Təlimi – Azərbaycan) təlimlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Mənbə: Anka Haber Ajansı