Azərbaycan hərbçilərinin Türkiyədəki təlimlərindən FOTOLAR

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

COP29