Azərbaycan həştəqi dünya trendində birinci oldu

8 noyabr Zəfər Günü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #Azerbaijan həştəqi “Twitter”in dünya trendində 1-ci yerə yüksəlib.

Yenicag.az xəbər verir ki, ikinci yeri #KarabakhisAzerbaijan, üçüncü yeri isə #Shusha həştəqi tamamlayıb.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bununla əlaqədar sosial şəbəkələrdə təbrik paylaşımları edilir.