“Hizbullah Qalibun” qurmaq istəyən Namiq Həşimzadə indi də dostlarını qorxaqlıqda suçlayır
Bir müddət öncə virtual aləmdə pafosla çıxışlar edən və hətta İranın “Səhər” kanalının qonağı olan Namiq Həşimzadə ona olan bütün ümidlərin üstündən xətt çəkib.
AZERİNFO.ORG saytına verilən xəbərə görə, özünə “Hizbullah Qalibun” adı verən, yəni Namiq Həşimzadə adlı şəxs Azərbaycanda Hizbullah təşkilatını qura bilmədi. Azərbaycan mediası bu şəxsi ifşa etdikdən sonra “Hizbullah Qalibun” ətrafında topladığı gənclər də ondan uzaqlaşıb. Bu səbəbdən də Namiq Həşimzadə yeni video yayıb. Və bu dəfə onun hədəfində ondan uzaqlaşanlar olub. Onları münafiqlər adlandıran “Hizbullah Qalibun” sabiq dostları barədə ağır ifadələr işlədir. “Həzrəti Hüseynin adını ağzınıza alıb “Hüseynin adını murdarlamayın” deyərək sərt çıxış edən Namiq zülmə qarşı sona qədər mübarizə aparacağını da qeyd edib.
Bu dəfə vəhhabilərə deyil, şiələri hədəf seçən Namiq Həşimzadə onları qorxaqlıqla suçlayıb. Namiq Haşımzadə çıxışında deyir ki, “bəziləri uşaqları olduğunu bəhanə edərək uzaqlaşdılar. Amma unutmasınlar ki, İmam Hüseyn deyib ki, 14 uşağım olsa hamısının şəhid olmasını istəyərdim”. Buna səbəb isə onun radikal çıxışlarından sonra Facebook dostlarının kütləvi şəkildə onu dostluqdan çıxarmalarıdır.
Qeyd edək ki, bir müddət öncə, Azərbaycanla bağlı əks-təbliğat aparan İranın “Səhər” TV-sinə müsahibə verən Namiq Həşimzadə İranı tərifləməklə yanaşı Azərbaycanı təhqir etməkdən də çəkinməyib. “Hizbullah Qalibun”un rəhbəri İranda yaşayan 30 milyon Azərbaycan türkünün müstəmləkə əsarəti altında olduğunu deməkdənsə, Azərbaycanın özünün işğal altında olduğunu bildirib. Müsahibə zamanı o Azərbaycanı aşağılayan ifadələrdən istifadə edib.
Həmin şəxsin çıxışı: