Azərbaycan HR İnstitutu Avropa İnsan Resursları Assosiasiyasına üzv qəbul edilmişdir

Azərbaycan HR İnstitutunun beynəlxalq arenada uğurları davam edir.

Son 5 il ərzində insan kapitalının inkişafı sahəsində həyata keçirilən uğurlu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan HR İnstitutu 01 İyul 2024-cü il tarixinn etibarən Avropa İnsan Resursları Assosiasiyasının İdarə heyətinin üzvlərinin qərarı ilərəsmi üzv qəbul olunmuşdur. Bu ölkəmizin insan resursları sahəsində əldə etdiyi mühüm tarixi nailiyyətdir. (https://eapm.org/azerbaijan)

 

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Avropa İnsan Resursları Assosiasiyasının (EAPM) 1962-cı ildə yaradıldığını bildirmişdir. Assosiasiya insan kapitalının inkişafına xidmət edən 37 Avropa ölkəsinin insan resursları üzrə milli assosiasiyalarını və peşəkar institutlarını özündə birləşdirir. Avropa İnsan Resursları Assosiasiyanın əsas məqsədi insan kapitalının idarə edilməsi və inkişafı, bu sahədə peşəkar təcrübə standartlarının təkmilləşdirilməsidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetinə əsaslanaraq Azərbaycan HR İnstitutu ölkəmizdə idarəetmə və insan resursları sahəsində mütərəqqi yanaşmaları təbliğ etmək və iş yerlərində insan kapitalının inkişafı üzrə ən innovativtəcrübələri tətbiq etmək üçün tədris, öyrənmə və beynəlxalq təmsilçiliyi həyata keçirir.

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən “Baku International HR Forum 2022”, “Global HR Summit 2023” və “World HR Summit 2024” tədbirləri yerli və beynəlxalq təşkilatların insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə uğurla baş tutub.

 

 

COP29