Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarına bu gün start veriləcək.
Yenicag.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Təmsilçilərimiz 8 idman növü – cüdo, aerobika gimnastikası, şahmat, boks, paracüdo, üzgüçülük, paraüzgüçülük və stolüstü tennis üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur./AZƏRTAC