Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov qəfil ürək tutmasından vəfat edib.
9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2018-ci ilin sonunadək Milli Paralimpiya Komitəsində vitse-prezident və baş katib vəzifələrində işləyib.
Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.
Allah rəhmət eləsin!