Azərbaycan ilə ŞKTC arasında əməkdaşlıq müzakirə olundu

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Törə ilə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulanıb.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.