!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan İnciləri” layihəsi olaraq daim çalışırıq ki, sağlam gəncliyin…”

!Reklam – Yazi

“Azərbaycan İnciləri” layihəsi olaraq daim çalışırıq ki, sağlam gəncliyin yetişməsində biz də dəstək olaq, bu işdə öz töhfəmizi verək”.

Yenicag.az xəbər verir ki, müsahib “Azərbaycan İnciləri” layihəsinin layihə rəhbərinin müavini Aytən Əskərovadır .

– Müsahibəyə ilk olaraq belə bir sualla başlayaq: Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?

– Ölkəmizdə həyata keçirilən gənclər siyasəti daim öz bəhrəsini verir. Əslində, bu siyasətin uzun illərə söykənən möhkəm təməl prinsipləri mövcuddur. Hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan gəncliyinə daim böyük diqqət yetirilib. Onun zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb. Bu gün də təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla davam etdirilir. Bu mənada Azərbaycan gəncliyini inkişaf edən, intellektual, ölkədə yaradılan münbit şəraitdən tam yararlanan bir qüvvə kimi xarakterizə edərdim. Gənclərimiz beynəlxalq tədbirlərin əsas özəyi olurlar. Elə təkcə kütləvi tədbirlərdə, beynəlxalq yarışlarda əsas özək olan könüllülər ordusunun fəaliyyətini qeyd etmək kifayətdir ki, gənclərin Azərbaycan üçün nə demək olduğunu tamlıqla anlayasan. Qısası, Azərbaycanda gənclər siyasətini gənclərimiz də tam gücləri ilə dəstəkləyirlər.

– Doğrudan da, yola saldığımız aylarda kifayət qədər aktiv fəaliyyət göstərmisiniz. Bəs yeni mövsümdə də eyni fəallığı gözləyirsinizmi? Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərin müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, mədəni və tarixi irsin təbliğ olunması, beynəlxalq rəqabətə davamlı gənclik. Məhz bütün bunlar Azərbaycan İnciləri komandasının əsas prioritet istiqamətidir. “Azərbaycan İnciləri” komandası bütün gənclərə dəstəkdir. Azərbaycan İnciləri – milli musiqimiz olan muğamı gənclər arasında Sosial şəbəkələrdə təbliğ olunmasına dəstək olaraq yaradılıb. Bu mənada bu əsas istiqamətləri, hər il olduğu kimi, bu il də prioritet hesab edib, işimizi bu istiqamətlərdə quracağıq.Ali və orta məktəb gənclər arasında Muğam gecələri təşkil edilir .Bizim layihəmiz internet üzərindən start götürülüb bilirsiz Virtual Məkanda “Azərbaycan İnciləri” layihəmiz də var. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması bu layihənin əsas məqsədidir. Sadalasaq, görüləcək işlər çoxdur, qarşıda bizi gərgin iş, yeni layihələr, yeni uğurlar gözləyir.

– Gənclərlə sıx işləyən biri kimi Azərbaycan gəncliyinin hazırkı durumu sizi qane edirmi?

– Hazırkı Azərbaycan gəncliyi, həqiqətən də, çox inkişaf edib. Gəncliyin inkişafı, gənclərin yeniliklər axtarışında olması, öz üzərində daim işləmələri, texnologiya, elm, ictimai işlərlə aktiv şəkildə maraqlanmaları ürəkaçan mənzərədir. Zənnimcə, indiki gənclər gələcəkdə bilik və bacarıqları sayəsində böyük nailiyyətlər qazana biləcəklər. Çünki bunun üçün həm dövlət dəstəyi var, həm də ölkədə münbit şərait də yaradılıb. Gənclərdə dövlətçilik, azərbaycançılıq ideyasının təbliği geniş vüsət alıb. Bu da qürur duyulası məqamdır. Azərbaycan gənci aprel savaşında nə dərəcədə vətənpərvər olduğunu, beynəlxalq yarışlarda könüllü kimi necə fədakar və bacarıqlı olduğunu, idman yarışlarında medal sayını ilbəil artırmaqla isə necə bir sağlam gəncliyin formalaşdığını sübut etdi. “Azərbaycan İnciləri” layihəsi olaraq daim çalışırıq ki, sağlam gəncliyin yetişməsində biz də dəstək olaq, bu işdə öz töhfəmizi verək. “Azərbaycan İnciləri” komandası bunun üçün layihələr həyata keçirir. Şəhidlər xiyabanı ziyarət etmişik ,Xocalı Soyqırmı yaddaşlarda adlı tədbir etmişik,Əllilər evində xeyriyyə və Yeni Yurd uşaqlar evində konsertlər edik.Novruz Bayramını edik . Bizə yaxından dəstək olan gənc xanəndələr var Rəqsanə xanım, Gülər xanım, Fidan xanım, Günel xanım, Hənifə xanım ,Türkan xanım ,Leyla xanım. Təşkilatcılarımız Fuad bey, Səbinə xanım ,Günel xanım, Ülkər xanım ,Həcər xanım, Billurə xanım, Vaqif bey ,Nərmin xanım ,Nəcibə xanım , Sunay xanım, AMK kamanca Müəllimi Pərviz müəllimin dəstəyi var .Bu layihələrdə əsas məqsəd gənclərin bir-biri ilə sıx əlaqədə olması, onlarda vətənpərvərliyi hissinin daha da aşılamaq.Çünki həmrəy olan, vətənpərvər olan, bir olmağı bacaran xalqı, dövləti heç bir mənfur qüvvə yıxa bilməz.

– Son illərdə gənclərimizin könüllülük fəaliyyətinə marağının artmasını necə dəyərləndirərdiniz?

– Bəli, bu istiqamətdə irəliləyişlər çoxdur. Biz daima bunun şahidi oluruq ki, gənclərin könüllülüyə marağı çoxalmaqla yanaşı, könüllülük fəaliyyəti onların cəmiyyətə açılmasına, ilkin iş təcrübəsində və s. kimi vacib amillərdə yardımçısı olur. Böyük tədbirlərə ev sahibliyi etdiyimiz zaman gənclərin dəstəyini gördük. Məhz elə könüllülük də o zaman daha geniş vüsət aldı. Davamlı olaraq gənclərimiz bu istiqamətdə fəaliyyətə başladılar. Bu gün gənclər könüllü olaraq fəaliyyət göstərməyə, daha çox təcrübə qazanmağa maraq göstərirlər. Biz tez-tez belə gənclərlə qarşılaşırıq. “Azərbaycan İnciləri” layihəsinə də könüllü olaraq fəaliyyət göstərmək üçün gənclər müraciət edirlər. “Azərbaycan İnciləri” layihəsi nin rəhbəri Nicat Müslümov bu gəncləri hər zaman diqqətdə saxlayır, hər zaman da yaradıcı gənclər ictimai fəaliyyətdə aktiv olmaq istəyənlərə dəstək olur./adalet.az/

www.yenicag.az

3871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv