Azərbaycan – İngiltərə oyunu bu stadionda olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Yenicag.az xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.

Matçların saatı hələlik bəlli deyil./metbuat.az