Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan “İnterpol”a verdi - Gürcüstanda saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A.Məmmədov Azərbaycan tərəfindən “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib. Saxlanılan şəxs Azərbaycanda dələduzluqda ittiham olunur.

A.Məmmədov bu gün Marneuli rayonunun Rustaveli küçəsində saxlanılıb.

Məlumatda qeyd olunub ki, A.Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaqla bağlı müraciət edib, lakin onun müracəti təmin olunmayıb. A.Məmmədov bu qərardan məhkəməyə şikayət edib və hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Qanunvericiliyə əsasən, məhkəmə prosesi başa çatmayana qədər A.Məmmədovun Gürcüstandan Azərbaycana ekstradisiyası mümkün olmayacaq./Report/

www.yenicag.az

319
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM