Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 59 milyard 520,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri-neft-qaz sektorunda isə 6,9 % artıb.
ÜDM istehsalının 38,5 %-i sənaye, 9,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i tikinti, 5,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 19,5 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 5 841 manat olub.