Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1% azalıb, qeyri neft-qaz sektorunda isə 7,7% artıb.
ÜDM istehsalının 40,3%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 20%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub./report