“Qeyd olunan proqnoz reallığı əks etdirir və onun özünü doğrultma ehtimalı yüksəkdir”.
Bu fikirləri “S&P Global Rathing” təşkilatı tərəfindən Azərbaycanın bank sektorunda artım proqnozlarına münasibət bildirən iqtisadçı Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu proqnoz reallığı əks etdirir və onun özünü doğrultma ehtimalı yüksəkdir:
“Ölkə iqtisadiyyatında bank sektorunun artımı iqtisadi artım göstəricisindən birbaşa asılıdır. Normal şərtlər altında bank sektorunun ümumi iqtisadiyyatdan daha sürətli artımı mümkün deyil.
Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatında gələn il üçün verilən artım proqnozları ortadadır. Fikrimcə, qeyd olunan proqnoz reallığı əks etdirir və onun özünü doğrultma ehtimalı yüksəkdir”.
Yusif Səmədzadə