!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi açıqlanıb

!Reklam – Yazi

Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün 2016-cı ildə bütün maliyyə mənbələrindən əsas kapitala 14 903,4 mln. manat və ya əvvəlki illə müqayisədə 26,1% az vəsait yönəldilib.

İstifadə olunmuş vəsaitin 11 889,5 mln. manatı və ya 79,8%-i məhsul istehsalı obyektləri, 2 330,4 mln. manatı və ya 15,6%-i xidmət sahələri üzrə obyektlər, 683,5 mln. manatı və ya 4,6%-i isə ümumi sahəsi 1 677,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 33,8%-i dövlət, 66,2%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 6 029,2 mln. manatını və ya 40,5%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 10 022,1 mln. manat, bank kreditləri 1 727,1 mln. manat, büdcə vəsaitləri 2 070,5 mln. manat, büdcədənkənar fondların vəsaitləri 144,1 mln. manat, əhalinin şəxsi vəsaitləri 631,5 mln. manat, sair vəsaitlər 308,1 mln. manat olub.

Hesabat ilində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 64,7%-i sənayeyə, 18,0%-i tikinti, 9,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, hər birində 1,7% olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,2%-i informasiya və rabitəyə, 1,0%-i təhsilə, 0,8%-i səhiyyə, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3%-i ticarətə, hər birində 0,1% olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.

Yenicag.Az

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv