!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan İran vətəndaşını beynəlxalq axtarışa verib

!Reklam – Yazi

7a27ab407cd4ae7ce3482416c05dac89Azərbaycanın hüquq-mühafizə orqanları konfetin içərisində ölkəyə narkotik gətirən İran vətəndaşını beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının vətəndaşı, 62 yaşlı Radmanesh Karkaj Suleyman Mahammad narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirləndirilir. Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, 62 yaşlı Radmanesh Karkaj Suleyman Mahammad bundan əvvəllər də Azərbaycana konfetin içərisində narkotik keçirərkən saxlanılıb.(APA)

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv