Azərbaycan İrana başsağlığı verdi

İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir:

“İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”.