Azərbaycan İranın dondurulmuş 120 milyon dollarını bərpa edəcək

img1872853Azərbaycan hökuməti İranın ölkəmizdəki 120 milyon ABŞ dolları həcmində dondurulmuş aktivlərini bərpa etməyi planlaşdırır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Mehr agentliyi ticari-iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmiyə istinadən məlumat yayıb.

“Azərbaycan nümayəndə heyətinin Tehranda görüşləri zamanı iki ölkə İranın 500 milyon ABŞ dolları həcmində aktivlərinin bloklanmadan azad edilməsi barədə razılığa gəlinib. Bu aktivlər iki ölkənin ticarətinə yönəldiləcək”, – deyə o bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl agentlik İranın Azərbaycan hökuməti və Azərbaycan Mərkəzi Bankına ölkəmizdəki hesablarda saxlanılan, istifadə edilməyən aktivlərin geri qaytarılması ilə bağlı müraciət etdiyi barədə məlumatlar yayıb.