!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan İranın iqtisadi təhlükəsindən necə yararlanmalı? – Şərh

!Reklam – Yazi

 

Azerbaijan_Iran_flags_Album_090512“İranın artıq dünya bazarına daxil olması ilə enerji daşıyıcılarının qiymətinin aşağı düşə biləcəyilə bağlı daha bir amil dövriyyəyə daxil olur. İranın bazara daxil olması ilə təbii ki, enerji daşıyıcılarının qiymətində növbəti dəfə tarixi minimumları görə bilərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İrana qoyulan sanksiyaların artıü rəsmi olaraq ləğvindən sonra onun bazara daxil olması ilə yarana biləcək vəziyyətə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli söylədi: “Bu həm də İranın özü və qonşu ölkələr üçün də fürsətlər açır. Çünki  sanksiyaların ləğvi ilə İranda investisiya qoyuluşu şəraiti yaxşılaşır, burada biznes investisiyaları və iş qurmaq üçün müxtəlif iş yerləri və sahələr meydana çıxır. Azərbaycan da bu vəziyyətdən yararlana bilər. İranın bazara daxil olmasının dünya üçün perspektivi vardır. İran 80 milyonluq böyük bir perspektivli bazardır. Bu ölkə daha çox yatırımların cəlb edilməsilə daha çox varlı olacaq. Habelə sanksiyalar zamanı dondurulan 108 milyard dollarlıq vəsait də sərbəst qalacaq və iqtisadiyyata yönələcək. Ona görə də yaxın zamanlarda Avropa və qonşu dövlətlər İran iqtisadiyyatında yer almaq uğrunda yarışa başlayacaqlar. Azərbaycan bu ölkənin neft-qaz çıxarma sahəsində öz təcrübəsini bölüşmək, burada müəyyən investisiya layihələrində iştirak etmək üçün çalışmalı və bu bazarda özünə yer tutmağı bacarmalıdır. Çünki İran perspektivli bazardır. Gələcəkdə Azərbaycan şirkətləri də bu əlaqələrin möhkəmlənməsindən külli miqdarda pul qazana bilərlər. Amma bunun üçün ilk gündən İran bazarında yer tutmaq uğrunda mübarizəyə girişmək gərəkdir”.

ELÇİN

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv