Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan İrəvana qədər olan bütün hərbi obyektləri vura biləcək gücdədir”

“Birinci Qarabağ Savaşında olduğu kimi, yenə də daxildə düşmən tərəfə işləyən, yalan məlumatlar yayan ünsürlər var. Onlar təxribat yaratmaqla məşğuldurlar”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında Qarabağ döyüşçüsü İbrahim Məmmədov deyib.

O bildirib ki, ordumuzun qurudan, havadan, sudan idarə olunan qurğuları, ən müasir təchizatı var:

“Müharibə olarsa, düşmən qarşımızda tab gətirə bilməyəcək. Baxın, bu bir neçə gündə ermənilər çöküb. Ermənistan hakimiyyəti susur, Rusiyaya zəng edib KTMT-nin iclasının keçirilməsi üçün yalvarırlar. Bizim bütün bazamız imkan verir ki, döyüşləri müharibəyə çevirə bilək. Canlı qüvvəmiz də yetərlidir, texnikamız da. Ermənilər sosial şəbəkələrdə yazırdılar ki, biz hələ Azərbaycanda istifadə olunan texnikanın adını belə, bilmirik. Bu, dəqiq məlumatdır. Bizim ordumuzda ən modern silahlar, döyüş vasitələri, hərbi texnikalar var. Narahat olmağa əsas yoxdur. Bizim qüdrətli ordumuz var. Unutmayın, artıq 1990-cı illər deyil”.

O bildirib ki, sapı özümüzdən olan baltalar aranı qarışdırmaqla düşmən dövlətin xüsusi idarələrinə xidmət edirlər:

“Müharibə varsa, deməli yaralı da var, şəhid də. Lakin şəhid sayları, ərazi itkiləri və s. ilə bağlı yayılan xəbərlər absurd dərəcədə yalandır. Əgər bizim çox sayda şəhidimiz varsa, onu necə gizlətmək olar?! Axı onların valideynləri, yaxınları, ailəsi var! Bizdə şəhidlərimiz haqqında hökumət tərəfindən heç vaxt düzgün olmayan məlumat verilməyib. Əminliklə deyirəm, daxilimizə düşmənlər yeridilib. Müdafiə Nazirliyinin verdiyi məlumatlara inanın, rəsmi xəbərləri gözləyin”.

İ. Məmmədov Ermənistanda azaldılmış ölü sayının 66 nəfər olduğunu deyib: “Ona görə azaldılmış deyirəm ki, Ermənistan ordusunda xidmət edən hərbi qulluqçular muzdludurlar, pul qarşılığında başqa dövlətlərdən gətiriliblər. Onlar öləndə ölü siyahısına daxil edilmirlər”.

www.yenicag.az

1127