!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-İsrail münasibətlərində yeni səhifə açılıb” – Arye Qut

!Reklam – Yazi

“İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfərini ikitərəfli münasibətlərin inkişafı kontekstində dəyərləndirən israilli ekspert Arye Qut deyib.

Arye Qutun fikrincə, Libermanın müdafiə naziri olaraq, Azərbaycana ilk səfəri İsrailin yaxın dostluq münasibətlərində olduğu ölkələrə diqqət kimi qiymətləndirilməlidir:
“Libermanın Azərbaycana gəlişi tarixi səfər də adlandırıla bilər – çünki o, müdafiə naziri postunda Bakıya ilk dəfədir gəlir. Hazırda İsrail və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri dünyanın bir çox ölkələri üçün ideal model hesab oluna bilər. Bu ölkələr özlərinin ağır günlərində hər zaman bir-birilərinə dəstək olublar.

Burada əlbəttə ki, “insan körpüsü” amilinin – Azərbaycanda 2 600 ildir yaşayan 25 minlik yəhudi icmasının azərbaycanlılarla uzunmüddətli qardaşcasına dostluğunun böyük rolu var. Bu və digər amillərin təsiri ilə ölkələrimizin qarşılıqlı münasibətləri ən yüksək səviyyəyə çatdırılıb”.

İsrail müdafiə nazirinin Bakıya səfərinin məqsədlərinə toxunan Qut qeyd edib ki, Liberman ölkəsinin maraqlarını qoruyan siyasi praqmatikdir:
“Aviqdor Liberman siyasi praqmatik olaraq, hər zaman İsrailin geçək dostlarını diqqətdə saxlayır və onun Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycanı seçməsi özünü doğruldur. Onun müdafiə naziri vəzifəsində Bakıya ilk gəlişi və ölkə rəhbərliyi ilə keçirdiyi səmimi görüşlər Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır.

Doğrudan da, indi Azərbaycan-İsrail münasibətləri olduqca pozitiv xarakter daşıyır və gerçək strateji tərəfdaşlığa söykənir. Bu gün iki ölkənin qarşılıqlı ticarət dövriyyəsi təqribən 4,5 milyard dollar həcmindədir. Əvvəllər bu dövriyyənin əsas hissəsini neft-qaz sahəsi təşkil edirdisə də, hazırda hərbi-texniki, kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiya sənayesi və digər sahələrin də payı artmaqdadır. Nəzərə alaq ki, İsrail Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.

2016-ci ildə baş vermiş məlum Aprel döyüşlərini xatırladan Qut qeyd edib ki, məhz İsraillə hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycana regionda hərbi balansı öz xeyrinə dəyişməyə imkan verdi:
“2016-ci il Aprel döyüşləri vaxtı Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sürətli əks-hücum nəticəsində Ermənistanın müdafiə xətti bir neçə istiqamətdə sürətlə yarılmış və bir neçə yaşayış məntəqəsi, strateji yüksəklik azad edilmişdi. Bundan sonra Ermənistanı antiİsrail isterikası bürümüşdü. Bu, onunla bağlı idi ki, İsrail Azərbaycana silah ixrac edən əsas ölkələrdən biridir. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail əməkdaşlığına qarşı etiraz aksiyası da keçirmişdi.

Ancaq hər kəs bilməlidir ki, istər Azərbaycan, istərsə də İsrail öz tərəfdaşlarını və münasibətlərinin səviyyəsini özləri seçirlər. Bizim münasibətlərimizə heç kimin qarışmağa haqqı yoxdur. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.

Söhbətləşdi Qafqaz Ömərov

www.yenicag.az

2330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv