Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa edilən silahlı hücumla bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.