Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycan İtaliyaya alüminium ixrac edəcək

Bu il Gəncə Alüminium zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək.

Yenicag.az xəbər verir ki, hazırda zavodun məhsulları demək olar ki, tamamilə ixraca yönəlib.

Mənbə qeyd edib: “Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcəkdir. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır”.

Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub./Trend/

www.yenicag.az

2027
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM