Azərbaycan jurnalistləri Fəxri Xiyabanda – Fotolar

Sabah Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.

Bununla bağlı Mətbuat Şurasının üzvləri və media rəhbərləri I Fəxri Xiyabanda Heydər Əliyevin və Həsən Bəy Zərdabinin məzarlarını ziyarət ediblər.

Yenicag.az xəbər Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən Bəy Zərdabinin məzarı üstündə jurnalistlərə açıqlamasında bildirib ki, sabahkı qurultayda Azərbaycan mətbuatının problemləri, onlardan çıxış yolu və reklam bazarının şəffaflaşdırılması ciddi müzakirə ediləcək.