Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək 30-cu beynəlxalq “Bosfor” karate turnirinə yola düşüb.
Yeniçağ.Az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün start götürəcək yarışda ölkəmizi 27 idmançı təmsil edəcək.
Qeyd edək ki, 23 ölkədən 1394 karateçinin qatılacağı turnirə martın 5-də yekun vurulacaq.
Yeniçağ.Az