!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan katolikləri Milad Bayramını qeyd edir – FOTO

!Reklam – Yazi

_93122935_919106b4-b06d-4f3a-b7fd-b865a6f9aa8aMiladdan öncəki gecə Bakıda katolik xristianlarının Milad Bayramı qeyd olunub.

Yeniçağ.Az Milli.Az-a istinadən bildirir ki, dünya katolikləri hər il dekabrda İsa peyğəmbərin doğulmasını xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Bakıda yaşayan katoliklər də ənənəvi olaraq həmin günü Müqəddəs Məryəm Kilsəsində qeyd edib.

Bayram mərasimi dekabrın 24-dən 25-nə keçən gecə baş tutub. Kilsədə Milad münasibətilə messa ibadəti icra olunub.

Kilsəyə toplaşan izdiham Yaradana və İsa Məsihə dualar edib, kilsə xoruna qoşularaq mahnılar- ilahilər oxuyub.

Baş keşiş Vladimir Fekete mərasimdən sonra ziyarətçilərə xeyir-dua verib və Milad Bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Ziyarətçilər bayram gecəsi İsa Məsihə dualar edib, onun statueti qarşısında şamlar yandırıblar.

Yeniçağ.Az

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv