Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.