Azərbaycan kinoteatrlarının İTKİSİ: Restoranlar və Ticarət mərkəzləri açıldığı halda kinozallar niyə bağlı qalır? – VİDEO

Artıq uzun müddətdir ki, daha dəqiq desək 2020-ci ilin mart ayından kinoteatrlar tamaşaçı üzünə həsrətdir. Pandemiya səbəbindən bağlanan kinozallar deyəsən heç açılana da oxşamır. 

Amma bu sahə bizə elə belə sıxıntılı günlərdə lazım idi ki, insanlar pandemiyanın qazandırdığı psixoloji gərginliyi məhz elə kinoteatrlarda atsın.

Şəhər sakinləri bildirib ki, kinozallarda maska taxaraq belə film izləməyə razıdırlar.

Gün ərzində 7-8 film nümayiş etdirilən zallarda artıq il yarımdır ki, nə işıq yanır nə də ki alqış, qəhqəhə səsi eşidilir.

Bağlı qalan qapıları çəkiliş üçün Baku TV əməkdaşlarının üzünə açan Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva pandemiya dönəmində kinoteatrlarına dəyən maddi ziyanı hesablamaqda çətinlik çəkdiyini söylədi.

Daha ətraflı Baku TV-nin süjetində: