!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan klubları Antaliyada: 1 qələbə, 2 heç-heçə – VİDEO

!Reklam – Yazi

Bildiyimiz kimi, 4 klubumuz təlim-məşq toplanışı üçün Türkiyəni seçiblər.

Yeniçağ.az xəbər verir ki, qardaş ölkədə olan klublardan 3-ü “Neftçi”, “İnter” və “Qəbələ” dünən növbəti yoldaşlıq görüşünü keçirib.

“Qəbələ” Antaliyada yoxlama oyununda Qazaxıstanın “Ordabası” klubu ilə qarşılaşıb. Görüş heç-heç başa çatıb.
https://www.youtube.com/watch?v=A7LBQpLpEK0

Bakının “İnter” klubu isə Tacikistanın “İstiqlol”u ilə üz-üzə gəlib. Yoldaşlıq matçı 2:1 hesabı ilə Bakı klubunun xeyrinə bitib.
https://www.youtube.com/watch?v=jcdkC6wQYWY

Türkiyədə məşqlərini davam etdirən “Neftçi” sonuncu yoxlama oyununu keçirib. Təmsilçimiz sonuncu görüşündə Rumıniyanın “Konkordiya” klubu ilə heç-heçə edib (1:1).
https://www.youtube.com/watch?v=Y8seekOaZSU

Qeyd edək ki, Antaliyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” dünənki günü bir məşqlə yekunlaşdırıb. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürən hazırlıq fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilir ki, futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük veriblər.

Yenicag.az

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv