Azərbaycan klubu Albaniya çempionu olmuş basketbolçu ilə anlaşdı

“Şəki” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan Yenicag-a verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsüm Albaniyanın “Beselidya” klubu ilə çempion olmuş Aleks Koldvelli transfer edib. 24 yaşlı basketbolçu oyun qurucusu (point guard) mövqeyində çıxış edir.

Xatırladaq ki, “Şəki” daha əvvəl baş məşqçi Bedri Meriç və məşqçi Vüqar Musayevi heyətinə qatıb. Bölgə təmsilçisi ABŞ-dan olan Kris Barton, Karl Conzu, eləcə də yerli oyunçu statusunda çıxış edən Ərcan Donat və Əbdülmətin Quliyevin transferini elan edib.

Yeri gəlmişkən, komanda bu gündən yeni mövsümün hazırlıqlarına start verib. Şəki Olimpiya İdman Kompleksinin zalında baş tutan məşqdə yeni legionerlərdən Karl Conz da iştirak edib.

COP29