Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatma mərasimində ölkəmizi sözügedən turnirdə təmsil edən “Qəbələ”, “Keşlə” və “Neftçi”nin də rəqibləri müəyyənləşib.
Püşkatmanın nəticəsinə görə, “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə üz-üzə gələcək. “Neftçi”nin rəqibi isə Macarıstan “Uypeşt”idir. “Keşlə” isə Malta “Baltsan”ına rəqib olub.
“Qəbələ” “Proqres” səddini aşsa, “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Keşlə” – “Baltsan” cütünün ən güclüsü isə “Milsami” (Moldova) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” isə “Uypeşt” səddini keçəcəyi halda İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.