Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI

“Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Yenicag.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
50 yaşlı xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).