Azərbaycan klubunda qalmaqal – Səfər oyununa getmədilər

Birinci Liqada mübarizə aparan “İrəvan” klubunda rəhbərliklə futbolçular arasında gərginlik davam edir.

Yenicag.az xəbər verir ki, oyunçular bu gün “İmişli” ilə səfər oyununa yollanmayıblar.

5-ci tur çərçivəsində keçiriləcək qarşılaşma baş tutmayacaq. Rəhbərlik futbolçulara yarım aylıq maaşlarını ödəyəcəyəklərini desə də, onlar bununla razılaşmayıb.

Nəticədə onlar İmişliyə getməyiblər.