Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Yenicag.az xəbər verir ki, açılış matçında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
Günün digər görüşündə isə “Zirə” və “Neftçi” üz-üzə gələcək.
Azərbaycan Kuboku, yarımfinal
İlk oyunlar
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.
20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.