!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Kuboku: İlk yarımfinalçılar kim olacaq?

!Reklam – Yazi

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçı “Bayıl Arena”da baş tutacaq. Burada “Zirə” “Səbail”in qonağı olacaq. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası yarımfinala adlamaq üçün cavab matçında ən azı bu üstünlüyünü qorumağa çalışacaq.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələdə şansları yüksək qiymətləndirilir.

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

16:00. “Səbail” – “Zirə”
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”

www.yenicag.az

5003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv