Azərbaycan Kuboku: “Neftçi” finalda “Xəzri”yə rəqib oldu

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

Yenıcag.az xəbər verir ki, “Neftçi” həlledici raunda vəsiqə qazanıb.

“Ağ-qaralar” yarımfinalda “Sərhədçi”yə qalib gəlib – 91:73.

Komanda finalda “Xəzri”yə rəqib olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq./Report/